2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fransa Senatı etirazlara səbəb olan pensiya islahatını təsdiqləyib

Fransa Senatı şənbə günü axşam pensiya islahatını təsdiqləyib. Təsdiqlənən sənədə görə, ölkədə pensiya yaşı 62-dən 64-ə qaldırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Daha əvvəl sözügedən qanun layihəsi bütün Fransada kütləvi etirazlara səbəb olmuşdu.

195 senator bu islahatının qəbul edilməsinə , 112 nəfərsə əleyhinə səs verib.

Növbəti həftə qanun layihəsi parlamentin yuxarı və aşağı palatalarının birgə komitəsi tərəfindən təsdiqlənməlidir.

Reuters-in məlumatına görə, çox güman ki, müzakirə çərşənbə günü baş tutacaq, bundan sonra yekun mətnin qəbulu ilə bağlı səsvermə olacaq.

“France-Press” agentliyi isə yazır ki, parlamentin aşağı palatasında qanun layihəsinin qəbulu üçün tərəfdarların səsi yetərli olmaya bilər.

Bununla belə, ölkə Konstitusiyası hökumət başçısına iqtisadi qanunların qəbulu ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə və deputatların razılığı olmadan onları təsdiq etməyə imkan verir.

Hökumət başçısı Elizabet Born-nun bu prosedurdan istifadə etməyə hazır olduğu bildirilir.

Artıq bir həftədir ki, yenidən Fransanın hər yerində pensiya yaşının artırılmasına qarşı mitinqlər keçirilir. Parisdə ötən həftə etirazçıların sayı 48, ölkə üzrə isə 368 minə çatdığı bildirilir.

Şənbə günü axşam Parisdə etirazçılar polislə toqquşub, zibil qutularını yandırıb və dükanların vitrinlərini sındırıblar.

Bu etirazlarda 32 nəfərin saxlandığı bildirilir. Gələn həftə Fransada ümummilli tətil planlaşdırılır.

Fransa həmkarlar ittifaqlarının nümayəndələri islahatı müzakirə etmək üçün iki dəfə Fransa prezidenti Emmanuel Makronla görüşməyə çalışsalar da, prezident bu görüşdən imtina edib. Xəbər verilir ki, bu imtina ölkədə etiraz əhval-ruhiyyəsini xeyli artırıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button