2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransa televiziyasında Ərdoğanla bağlı qalmaqallı sözlər

Fransız politoloq Filip Moreau Defarges “BFM Business” kanalında qatıldığı bir proqramda prezident Rəcəb Tayyib Ərdoğan haqqındakı sözləri  ilə böyük qalmaqal yaradıb.

“Dünyada 7 gün” adlı proqrama qonaq olan Fransa Beynəlxalq Əlaqələr İnstitutunun (IFRI) siyasi eksperti  Filip Moreau Defarges Türkiyənin Avropa Birliyi (AB) üzvlüyünün mümkün olmayacağını, üzvlüklə bağlı razılaşma imzalansa belə, 27 üzv ölkədən hər birinin bunu təsdiqləməsi lazım olduğunu söyləyib. Defarges Türkiyədəki referendum nəticələrinə etiraz edilməsi üçün hüquqi yolların bağlandığını bildirərək, etirazların nəticəsiz qalacağını deyib. Türkiyədə bir dalan yarandığını vurğulayan Defarges “o zaman geriyə ya vətəndaş müharibəsi, ya da bunu söyləmək çətin, amma onun (Ərdoğanın) öldürülməsi qalır” söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun bu sözlərinə etiraz edən aparıcı “bir cinayəti qanuni göstərə bilməzsiniz”  deyincə, Defarges bu üsulun və müzakirələrin əsrlərdən bəri davam etdiyini, böyük dinlərdə belə bu  cür müzakirələrin yaşandığını bildirib.

Proqram bitdikdən sonra sosial mediada Defargese və “BFM Business” kanalına təpki göstərən vətəndaşlar televiziya ekranlarından cinayət çağırışı edildiyini etirazla qarşılayıb. Fransada yaşayan çox sayda türk də Prezident Ərdoğan haqqında  bu sözlərin qəbul edilməz olduğunu vurğulayaraq Fransa Televiziya və Radio yayımı Ali Nəzarət Şurasına (CSA) şikayət ediblər.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button