SEÇMƏ

Fransa və İngiltərə dünya çempionatında 1/4 finala yüksəlib

Yayımlandı: 5 Dekabr 2022 00:54

Polşa millisi mundialda mübarizəni dayandırıb

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında dekabrın 4-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Günün ilk matçında Fransa millisi Polşa ilə üz-üzə gəlib. Mundialın favoritlərindən sayılan Fransa yığması Robert Levandovskinin lideri olduğu polşalıları 3:1 hesabı ilə məğlub edərək, 1/4 finala vəsiqə qazanıb.

1/8 final mərhələsinin daha bir oyunu İngiltərə yığması ilə Seneqal arasında baş tutub. İngilislər 3:0 hesablı qələbə sayəsində adlarını növbəti mərhələyə yazdırıblar.

DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərə millisi Fransa ilə görüşəcək.

Daha əvvəl Niderland və Argentina milli komandaları 1/4 finala yüksəlmişdi.

DÇ-2022, 1/8 final

5 dekabr

19:00 Yaponiya – Xorvatiya (“Əl Janub” stadionu)
23:00 Braziliya – Cənubi Koreya (“Stadion 974”)

Meydan TV

Gözdən qaçırmayın:  İranda əxlaq polisi ləğv edilir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button