Fransa vətəndaşı Bakı metrosunda qraffiti çəkdiyinə görə 3 il həbs cəzası alıb
Sentyabrın 10-da Nərimanov Rayon Məhkəməsində Bakı metrosunun vaqonlarına qraffiti çəkənlərin barəsində hökm oxunub.
Əsasən Fransa vətəndaşı Klerk Teo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Sent Kventin İsmaeli və Avstraliya vətəndaşı Han Polun barəsində hökm oxunub.
Vəkil Elçin sadıqov bildirib ki, məhkəmə hər hansı siyasi məna kəsb etməyən qraffitini “xuliqanlıq və ağır nəticələrə səbəb özgə əmlakını zədələmə” kimi qiymətləndirib.
Fransa vətəndaşı 3 il azadlıqdan məhrum edilib.
Digərlərini isə 6800 manat cərimə edilib.
Vəkil qeyd edib ki, zərər tam ödənilmişdi və qatarın işləmədiyi vaxta görə kompensasiya zərərə əlavə edilmişdi.
Müttəhimlər qraffiti çəkdiklərini etiraf ediblər, amma bunu zərər vermək və xuliqanlıq məqsədlə etmədiklərini deyiblər. Onların sözlərinə görə, başqa ölkələrdə də qraffiti çəkiblər, amma bu, maksimum 400 avro ilə cərimələnib.
Vəkil deyib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, sözügedən şəxlər bu ilin martında saxlanılıblar.
Fransız həbs edilib, digər ikisi istintaq müddətində azadlıqda olub.