2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Fransa Xarici İşlər Nazirliyindən İlham Əliyevin çıxışına reaksiya

Yayımlandı: 19 Oktyabr 2022 15:27

Qurum deyir ki, bu şərhlər Fransanın mövqeyini heç bir şəkildə dəyişdirmir

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışına reaksiya verib.

Saytların yığılması Saytlarin yigilmasi

İlham Əliyev həmin gün Fransa Prezidenti Emmanuel Makronun “France 2” telekanalına müsahibəsini nəzərdə tutaraq demişdi ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı:

“Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik. Makron Fransanın heç vaxt Ermənistanı atmayacağını bəyan etdi. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir”.

Fransanın Avropa və Xarici İşlər Nazirliyi hesab edir ki, bu şərhlər Fransanın Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyiş üçün tam səfərbər olması mövqeyini heç bir şəkildə dəyişdirmir:

“Məhz Fransa Prezidentinin öhdəliyi sayəsində oktyabrın 6-da Avropa Siyasi Birliyinin ilk sammiti çərçivəsindən kənar Şarl Mişel, Prezident Əliyev və Baş nazir Paşinyanla təşkil olunmuş dördtərəfli görüşün baş tutması mümkün olub. Bu münasibətlə qəbul edilmiş bəyənnamənin ifadə etdiyi kimi, bu görüş məqsədə doğru irəliləməyə imkan verdi. Digər tərəfdən, Fransa iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlara imkan yaratmaq üçün Aİ ilə başlayan prosesi tam dəstəkləyir”.

Fransa 1 yanvar 1997-ci ildən fəaliyyətə başlayan ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələrindən biridir.
1994-cü il dekabrın 5-6-da təsis edilən ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır.

Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunaraq ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.

1997-ci ildən isə ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button