2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fransada 12 aksiyaçı saxlanıb

Aprelin 28-də Fransada keçirilən etiraz aksiyaları zamanı 120-dən çox adam saxlanıb.

Ən böyük toqquşma paytaxt Paris və Marseldə olub.

Polis nümayişçilərə qarşı rezin güllələr, dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Hərc-mərclik zamanı azı 24 polis xəsarət alıb. Onlardan 3-nün ağır vəziyyətdə olduğu bildirilir.

Polisin məlumatına görə bütün ölkə boyu etirazlarda 170 min adam iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların azı 600 min nəfər olduğunu deyirlər.

Nümayiş vaxtı Parisdə nəqliyyatın hərəkəti pozulub, hava limanında bir neçə reys təxirə salınıb.

Aksiyaçılar əmək məcəlləsində islahatlara qarşı çıxırlar.

Yeni islahatlarda iş saatının uzadılması, işdən azad edilmə-ixtisarların asanlaşdırılması kimi tədbirlər nəzərdə tutulur.

Həmkarlar ittifaqları bunu işçilərin hüquqlarının pozulması hesab edir.

Hazırda Fransada işsizliyin səviyyəsi 10 fasizə qalxıb.

Son rəy sorğularına görə, ölkə əhalisinin 80 faizi hesab edir ki, vəziyyət daha da pisləşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button