2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fransada 5 namizədli prezident yarışı

Bazar günü Fransa yeni prezidentini seçmək üçün sandıq başına gedir. Xəbər verildiyi kimi, seçkilərdə çox fərqli baxışlara malik beş namizəd yarışacaq. Seçkilərin ilk turu 23 apreldə keçiriləcək. Namizədlərdən hər hansı birinin 50%-dən çox səs ala bilməməsi halında, ilk iki yerə çıxan namizədlər 7 mayda ikinci tur üçün bir daha seçicilərin qarşısına çıxacaq.
Yarışa girən namizədlər aşağıdakılardır: İfrat sağçı Milli Cəbhənin lideri Marine Le Pen. 2002-ci ildə Marine Le Penin atası Jean-Marie Le Pen prezident seçkisində ikinci tura qalmağı bacarmış, ancaq nəticəni Jak Şiraka uduzmuşdu. Son anket sorğuları Marine Le Penin ikinci turda gözlənən rəqibi Emmanuel Makrona məğlub olacağını göstərir.

Fransada prezident yarışının sürpriz adı Emmanuel Makrondur.
Hər hansı siyasi partiyanın dəstəyinə arxalanmadan seçkiyə müstəqil namizəd olaraq qatılan keçmiş İqtisadiyyat naziri Makron ilk dəfədir seçkidə iştirak edir. O, mərkəzin namizədi olaraq qiymətləndirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxın bir zamana qədər seçkinin favoriti olaraq göstərilən mərkəz sağdakı respublikaçı namizəd François Fillon həyat yoldaşı və uşaqlarına çalışmadıqları halda maaş verildiyi istiqamətindəki iddialara görə ciddi səs itirib.
Köhnə Təhsil naziri sosialist namizəd Benoit Hamon da sol qanadın üsyankar namizədi sayılır. Seçim vədlərinə aşağı gəlir qrupuna dövlətdən maaş ayrılması və bu sistemin 2022-ci ildən sonra bütün fransız vətəndaşlarını əhatə edəcək şəkildə genişləndirilməsi daxildir.

İfrat solun namizədi Jean-Luc Melenchon isə Fransız Kommunist Partiyasının dəstəyinə ümid edən namizəddir, o, 2012-ci ildə namizədliyini qoyduğu seçkilərdə məğlubiyyətə uğrayıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button