2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Fransada səsvermə başlanıb [yenilənir]

Aprelin 23-də Fransada prezident seçkisinin birinci raundu başlanıb. Bu seçki ölkənin geosiyasi status-kvosu, Avropa Birliyinin gələcəyi və Qərbin Rusiyayla münasibətlərinə təsir baxımından vacib sayılır.

60 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 8-də açılıb.

Saytların yığılması Saytlarin yigilmasi

TERRORÇULUQLA MÜBARİZƏ MƏSƏLƏSİ

Seçkidən cəmi bir neçə gün öncə Parisdə polis əməkdaşı öldürülüb. Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürüb.

Buna da bax:​ Fransa prezidentliyinə namizədlər Qarabağdan danışıblar

Beləliklə də terrorçuluqla mübarizə və təhlükəsizlik 11 namizədin mübarizə apardığı seçki kampaniyasının son günlərində bir daha önə çıxıb.

Bütün ölkə ərazisində seçicilərin qorunması məqsədiylə 50 min polis və 7 min əsgər səfərbər olunub. 2015-ci ildən bəri üst-üstə 230 nəfərdən çox insanın həyatına son qoymuş terror hücumlarından sonra ölkədə fövqəladə rejim də qüvvədədir.

Fransada parlament seçkiləri öncəsi.

Fransada parlament seçkiləri öncəsi.

Rəy sorğuları mərkəzçi Emmanuel Macron və ifrat sağçı Marine Le Pen-in seçkinin birinci raundunda öndə gedəcəyini göstərib. Mühafizəkar Francois Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon-un da mayın 7-nə planlaşdırılan ikinci raunda düşmək şanslarının olduğu vurğulanır.

Buna da bax: Fransa prezidentliyinə namizədin seçki qərərgahı yandırılıb

SİYASİ XAL

Amma elektoratın dörddə birinin mövqeyini hələ dəqiqləşdirmədiyi də qeyd olunur.

Müşahidəçilərin fikrincə, aprelin 20-də polis əməkdaşının qətlindən sonra təhlükəsizlik və terrorçuluqla bağlı sərt tədbirlər təklif edən namizədlərin şansı yüksəlib.

Fransada parlament seçkilərində əsas namizədlər

Fransada parlament seçkilərində əsas namizədlər

Həmin hücumdan sonra Le Pen özünün ölkəni islamçı ekstremistlərdən qoruya biləcək yeganə namizəd olduğunu deyib. Tənqidçilər Milli Cəbhə partiyasının 48 yaşlı liderini həmin hücumdan siyasi xal qazanmaq cəhdində suçlayıblar.

Buna da bax:​ Fransa prezidentliyinə namizəd deputat toxunulmazlığından məhrum edildi

Le Pen-in və onun sərt antiimmiqrasiya və anti-Avropa Birliyi baxışları Qərb dünyasında təcridçi əhvalın yüksəlməsinə xidmət edər. Məhz həmin ritorika Donald Trump-ı ABŞ prezidenti postuna gətirib, Böyük Britaniya isə Brexit referendumunda AB-dən çıxmağa səs verib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button