17 noyabr 2018-ci il tarixində Fransanın paytaxtı Parisdə yanacağın bahalaşmasına qarşı həyata keçirdikləri hərəkətlərdən sonra ölkədə təsirli olan “Sarı jiletlilər” yeni ilin ilk etiraz aksiyasını keçirib.
Paytaxtda toplaşan qrup enerji və ərzaq məhsulları ilə bağlı artan inflyasiya və prezident Emmanuel Makronun pensiya islahatına görə alıcılıq qabiliyyətinin aşağı düşməsini tənqid edib.
Polisin sıx təhlükəsizlik tədbirləri gördüyü nümayişdə heç bir problem yaşanmayıb.
Yarandığı ilk həftələrdə Fransada nümayişlər təşkil edən Sarı Jiletlilər, Covid-19 epidemiyası ilə birlikdə hərəkətlərinə ara vermiş, daha sonra hərəkətləri ilə ad çıxarmağa davam etmişlər. (İHA)
Tərcümə“24 SAAT”