2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fransada saxlanılan “sarı jiletlilər”in sayı 1726 nəfərə çatıb

Fransada “sarı jiletlilər”in şənbə günü keçirdiyi etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb. Bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.

O, bildirib ki, aksiyanın 1220 iştirakçısı həbs edilib. Polisin saxladığı aksiyaçıların böyük hissəsi Parisin payına düşür. Rəsmi açılqmaya görə, burada 1150 nəfər saxlanılıb. Onlardan 619 nəfəri həbs edilib.

Saxlanılanların çoxunda silah aşkarlanıb. Lakin onların vəkilləri bildirib ki, müdafiə etdikləri şəxslər baş verənlərə qəti şəkildə etirazlarını bildirmək istəyiblər, onlar zorakılıqdan istifadə etməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, “sarı jiletlilər”in etiraz aksiyaları Fransada benzinin qiymətinin artmasına qarşı keçirilir. 17 noyabrdan başlayaraq yanacaq qiymətləri və verginin artırılmasına qarşı çıxan etirazçılar, artıq Fransa prezidentinin istefasını tələb ediblər.

Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir, Parisin mərkəzinə zirehli texnika yeridilib.

Bütün Fransa üzrə 125 min, Parisdə isə 10 min nəfər etiraz aksiyasına qoşulub.

Dekabrın 8-də Fransada keçirilən etiraz aksiyalarının 4-cü günü baş verən toqquşmalar nəticəsində 17-si asayiş keşikçisi olmaqla 118 nəfər yaralanıb.

Türkiyə prezidenti R.T.Ərdoğan baş verənləri belə qiymətləndirib: “Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu və söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir”

ABŞ prezidenti Donald Tramp Fransa hökumətinə “mənasız və son dərəcə qiymətli” Paris iqlim sazişinə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib.

Bu barədə öz “Twitter” mikrobloqunda yazıb.

“Parisdə olduqca kədərli gün və gecədir. Bəlkə mənasız və son dərəcə qiymətli olan Paris sazişinə son qoymağın və daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb?”, – deyə Tramp yazıb.

“Sarı jiletlilər”in icazəsiz aksiyası Belçikanın paytaxtı Brüsseldə də keçirilib.

Aksiyada 100-dək saxlanan var. Aksiya nəticəsində avtomobil yolları bağlanıb. Brüsseldə keçirilən etiraz zamanı “Sarı jiletlilər” polisin iki avtomobilini yandırmışdı.

24saat.org xəbəri Report-a istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button