2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fransada terror: 84 ölü, 120 yaralı

Son məlumata görə, Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. 120 nəfərin isə xəsarət aldığı bildirilir.

Məlumatı RİA Novosti yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 73-ə çatıb. 120-dən çox insanın xəsarət aldığı bildirilir.

Bu barədə Fransa mediası xəbər yayıb.

“Hazırda şəhərdə xüsusi əməliyyat keçirilir” – deyə Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Anri Brande jurnalistlərə bildirib. O, əlavə edib ki, şəhərdə heç kim girov götürülməyib.

DİN nümayəndəsi əlavə edib ki, baş nazir Manuel Vals hadisə ilə əlaqədar təcili olaraq Nitsaya gəlir.

* * *

RİA Novosti-nin yaydığı son məlumata görə, Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 60-a çatıb. 100 nəfərin xəsarət aldığı bildirilir.

* * *

Fransanın Nitsa şəhərində terror aktı törədilib.

Naməlum şəxslər yük maşını ilə küçədə Bastiliyanın alınmasını bayram edən insanların sıx olduğu əraziyə daxil olaraq onlara atəş açıblar.

Yerli telekanalın məlumatında bildirilir ki, hadisə yerinə cəlb olunmuş polislə terrorçular arasında atışma baş verib. Atışma zamanı yük maşınının sürücüsü güllələnib. Şəhər meriyası isə sakinləri evlərindən çölə çıxmamağa çağırıb.

Son məlumata görə, terror aktında 30 nəfər ölüb, 100-ə yaxın yaralı var.

RİA Novosti bildirir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndəsi məlumat verib.

Terror aktının hansı qruplaşma tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button