Bizim tərcümə

Fransada tornado: 50 ev zədələnib, 1 nəfər yaralanıb

2022-10-24 14:35:31

Fransanın şimalındakı Pa-de-Kale bölgəsindəki Bihucourtda dünən baş verən tornado böyük panikaya səbəb olub.

Tornado zamanı evlərin damları uçub, 50-yə yaxın evə ziyan dəyib. Yerli mənbələrdən verilən açıqlamada tornado nəticəsində bir nəfərin yüngül xəsarət aldığı bildirilib.

Bölgədə bir ferma evinin dağıldığı, bəzi yerlərdə elektrik enerjisinin kəsildiyi öyrənilib.

Yerli hakimiyyət orqanları tornadodan zərər çəkmiş ərazilərdə təmizləmə və yardım işlərinə başlayıb.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button