2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Fransada yaşayan azərbaycanlı mühacir hücuma məruz qaldığını deyir

Vidadi İsgəndərli hadisənin arxasında Azərbaycan hakimiyyətinin dayandığını düşünür

Fransanın Müluz şəhərində yaşayan azərbaycanlı mühacir Vidadi İsgəndərli hücuma məruz qaldığını deyir. O, hadisənin iyunun 16-da, axşam saatlarında baş verdiyini bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid etməsilə tanınan Vidadi İsgəndərli “Facebook” hesabında yazır ki, ofisinə daxil olarkən bir neçə nəfər ona hücum edib, ofisin pəncərəsini sındırıblar:

“Mənə elə gəldi ki, ərəb idilər. Əllərində silah və bıçaq vardı. Mənə hücum etdilər. Kürəyimdən bıçaqla vurdular. Əllərim kəsilib”.

O, canlı yayımda yaralarını göstərib, polisə müraciət edib. İsgəndərlinin sözlərinə görə, hücum edənlərdən birini tanıyıb və hücumun arxasında Azərbaycan hakimiyyətinin dayandığını düşünür.

“Azərbaycan-Saata” İnternet- resursun redaktoru Qənimət Zahid bildirib ki, Fransa polisi faktla bağlı cinayət işi açıb.

“Hücum edənlər İsgəndərlinin mənzilinə atəş açıblar. Polis giliz tapıb. İsgəndərli özünümüdafiə məqsədilə bir neçə hücumçunu bıçaqla yaralayıb”, – Zahidov bildirib.

Vidadi İsgəndərli Azərbaycanda biir neçə dəfə həbs olunub. O, 2011-ci ildə 2010-cu ildə keçirilmiş parlament seçkilərində seçki komissiyalarının işinə müdaxilə ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Vidadi İsgəndərli özü bildirib ki, deputatlığa namizəd kimi təmsil etdiyi dairədə saxtakarlıqları ifşa edib. Həbs edildikdən sonra beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. O, 2015-ci ildə Fransaya mühacirət edib. (“Turan”)

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button