Now Reading:
Fransada yaşayan iki azərbaycanlı güllələnib, onlardan biri ölüb – VİDEO

Fransada yaşayan iki azərbaycanlı güllələnib.

Hadisə Tuluza şəhərinin yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.

Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, arvadı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir. (report)

24.saat.org qeyd edir ki, R.Namazov YouTube portalında “Roma Şəkinski” adı ilə kriminal aləmdə “Loti Quli” kimi tanınan Nadir Səlifova nalayiq sözlər işlətməsi ilə yadda qalıb. .

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.