Bizim tərcüməDünya

Fransadan dəhşətli xəbər! Yayın qızmar istilərindən 2 min 816 nəfər həyatını itirib

Fransada 1900-cü ildən bəri tarixdə ikinci ən yüksək hərarətin yaşandığı yay dövründə 2816 nəfərin həyatını itirdiyi bildirildi.

Fransa Xalq Sağlamlığının paylaşdığı məlumata görə, bu il temperatur və Kovid-19 epidemiyası ilə əlaqədar 10 420 nəfər ölüb.

Bunlardan 2816 nəfəri yayda 14-22 iyun, 9-27 iyul və 29 iyul-14 avqust tarixlərində yaşanan 3 isti dalğası nəticəsində birbaşa dünyasını dəyişib. Sözügedən dövrlərdə müşahidə edilən həddindən artıq istilər də 1900-cü ildən bəri ölkədə yaşanan “ən yüksək temperatur” olaraq qeydə alınıb.

Digər tərəfdən, qızmar istilər nəticəsində ölən 2816 nəfərdən 2272-si 75 və yuxarı yaşda olan insanlardır.

2003-cü ildə ölkədə 15 min insan anomal istilər səbəbindən dünyasını dəyişib. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Son dəqiqə: İsveç səfiri Xarici İşlər Nazirliyinə çağırıldı!

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button