Xəbərlər

Fransalılar ANAMA-ya kömək etməyə hazırdırlar

Loading...

Bakı/15.10.21 Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün Fransa Respublikasının Piyada əleyhinə minaların məhv edilməsi üzrə milli komissiyasının (CNEMA) prezidenti Jerard Çeşnelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, nazir qonaqlara Vətən müharibəsindən sonra azad edilən ərazilərdə aparılan mina və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə bağlı məlumat verib.

Öz növbəsində, Çeşnel rəhbərlik etdiyi komissiya tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə qarşılıqlı əlaqədə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib. -06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button