Loading...
Loading...
Xəbərlər

Fransızlar Azərbaycanın üzr istəməsini tələb edirlər. Rəsmi Bakı susur

Bakı/18.01.22 Azərbaycan Milli İstiqlal Partiyası prezident İlham Əliyevin prezidentliyə namizəd Valeri Pekresin ünvanına söylədiyi sözlərə görə Azərbaycan Respublikasının üzr istəməsilə bağlı Fransa xadimlərinin tələbini Azərbaycan dövlətinə, ölkənin suverenliyinə ərazi bütövlüyünə qarşı yönəlmiş növbəti təxribat addımı kimi qiymətləndirib.

Milli İstiqlal Partiyası Azərbaycanın rəsmi dövlət qurumlarının, o cümlədən Azərbaycan parlamenti Xarici İşlər Nazirliyinin bu məsələyə adekvat yanaşmasını, müraciəti imzalayan şəxslərin arzuolunmaz sayılmasını bu barədə Fransanın müvafiq dövlət qurumlarına, eləcə də bu ölkənin Azərbaycandakı səfirinə xəbərdarlıq edilməsini vacib hesab edir.

Ötən bazar günü “Le Journal du Dimanche” nəşri Fransa Senatının “Respublikaçılar” fraksiyasının rəhbəri Bruno Retayo, həmin fraksiyanın Fransa Milli Məclisindəki rəhbəri Damian Abad həmin fraksiyanın Avropa Parlamentindəki rəhbəri, avropalı deputat Fransua-Ksavye Belanın adından Fransa prezidentinə açıq məktub dərc edib. Məktubu 242 digər xadim imzalayıb.

Müəlliflər prezidenti Respublikaçılar Partiyasından Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfərilə bağlı bu il yanvarın 12-də Azərbaycan prezidentinin söylədiyi fikirlərə görə ondan üzr istəməsini Fransa adından tələb etməyə çağırıblar.

Məktub müəllifləri bildirirlər ki, əgər qısa müddətdə üzr istənilməsə, onlar Fransanın Azərbaycandakı səfirinin geri çağırılmasını tələb edəcəklər. “Bu, həm Fransanın dəyərləri, həm də Fransanın şərəf məsələsidir”.

Məktubda deyilir ki, quyya ki, Qarabağ Azərbaycanın suveren ərazisi deyil azad fransızlar istədikləri zaman bu əraziyə getmək hüququna malikdirlər.

Yanvarın 12-də prezident İlham Əliyev Azərbaycan telekanallarına müsahibəsində bildirib ki, Valeri Pekres daxili ticarət üzrə Avropa komissarı Mişel Barnye fransalı deputatlardan birilə  Laçın dəhlizi vasitəsilə (21-23 dekabr 2021-ci il-red.) Qarabağa gizli şəkildə daxil olub. «Onlar gizli şəkildə oraya getdilər qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə».

Dekabrın 23-də Azərbaycan Xarici İşlər Nazirliyi  ölkə ərazisinə qanunsuz gəldiklərinə görə Pekresi Fransanın digər xadimlərini Azərbaycana girişi qadağan olunmuş şəxslərin siyahısına daxil edib. Bu səfərlə əlaqədar Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb ona etiraz notası təqdim edilib.

Fransanın 242 xadiminin prezident Makrona ünvanladığı 15 yanvar tarixli müraciətinə rəsmi Bakının reaksiyası olmayıb.—0—

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun