2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Freedom House”: Azərbaycan dünyanın ən qeyri-azad ölkələri arasındadır

Mərkəzi ofisi Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar aparan və onların müdafiəsi ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı “Freedom House” 2020-ci ilin hesabatını açıqlayıb.
“Freedom House”nin yerli vaxtla fevralın 25-də açıqladığı qlobal azadlıq indeksində 201 ölkədə insanların siyasi hüquqlara və vətəndaş azadlıqlarına əlçatanlığı müqayisə edilib.
Məlum olub ki, təşkilatın 2020-ci il qlobal azadlıq indeksində Azərbaycan əvvəlki illə müqayisədə daha bir pillə geriləyərək, dünyanın ən qeyri-azad ölkələrinin ilk 10-luğunda qərarlaşıb.
Dünyanın ən qeyri-azad ölkələrinə Cənubi Sudan, Suriya, Tibet, Eritreya, Türkmənistan və Cənubi Koreya başçılıq edir. 
Azərbaycan Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan və Yəmənlə birlikdə sonrakı yerləri bölüşdürüb.
Siyahıda Gürcüstan və Ermənistan qismən azad ölkələrin arasında qərarlaşıblar. Gürcüstan azad ölkələrin arasında 39-cu, Ermənistan isə 47-ci olub.
Dünyanın ən azad ölkələri siyahısına isə Norveç, İsveç və Finlandiya başçılıq edirlər. Sonrakı yerlərdə Danimarka, İslandiya, Kanada, İrlandiya, Avstraliya və Yeni Zelandiya qərarlaşıb.///toplum.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button