2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Freedom House Azərbaycanı yenə İnternetin azad olmadığı ölkələr kateqoriyasına aid edib

Bakı/21.09.21/ Turan: ABŞ-da yerləşən Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 21-də illik “İnternet Azadlığı 2021” hesabatını dərc edib. Hesabatda dünyanın 6 regionunda 70 ölkədə İnternet azadlığı sahəsində vəziyyət təhlil edilir.

Freedom House son 11 il ərzində qlobal azadlıığın pisləşdiyini qeyd edir. Ən çox pisləşmə Myanma, Belarus və Uqandada qeydə alınıb, burada dövlət orqanları seçki və konstitusiya böhranları zamanı zorakılıq tətbiq ediblər.

Belə ki, hökumət texnologiya şirkətləri ilə münaqişə apararaq, istifadəçilərin hüquqlarını məhdudlaşdırmağı tələb edib. Son bir il ərzində ən az 48 ölkənin hakimiyyəti texnologiya şirkətləri üçün məzmunla bağlı yeni qaydalar tətbiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan 35 balla yenə İnternetin azad olmadığı ölkələr siyahısına daxil edilib. Azərbaycanla birlikdə Qazaxıstan (33), Belarus (31), Rusiya (31) və İran (16) da bu kateqoriyaya aid edilib.

Gürcüstanın 77, Ermənistanın 71 balı var və bu ölkələrdə vəziyyət daha yaxşıdır.

Mənbənin məlumatına görə, bu ilin yanvarında Azərbaycanda polis özünü məşğulluq xidmətinin təmsilçisi kimi təqdim edərək, bir istifadəçinin evinə gedib, həmin istifadəçi saxlanılıb, döyülüb və Facebook-da yerli hakimiyyəti tənqid etdiyi nəşrlərə görə üzr istəməyə vadar edilib.

Azərbaycan hökuməti bundan əvvəlki illərdə də İnternet azadlığının məhdudlaşdırılmasına və İnternetdə senzuraya görə tənqid edilib.

Rəsmi Bakı bu ittihamları təkzib edir, Azərbaycanda İnternetin tamamilə azad olduğunu bildirir. -16D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button