2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Freedom House saytların bloklanması ilə bağlı Bakının Qərb partnyorlarına səsləndi

Vaşinqtonda mənzillənmiş Freedom House demokratiya və insan haqları təşkilatı Azərbaycanda beş media internet saytının bağlanması barədə məhkəmə qərarı ilə əlaqədar bəyanatla çıxış edib.

Təşkilatın beynəlxakq proqramlar üzrə vise-prezidenti Robert Herman deyib ki, “media saytlarının qadağan olunması ilə Azərbaycan hökuməti prezident İlham Əliyevin Azərbaycanda internet azadlığının olmasına dair tez-tez istifadə etdiyi arqumentin doğru olmadığını isbat edib”.

Saytların yığılması Saytlarin yigilmasi

Freedom House təşkilatının bəyanatında bildirilir ki, bu qərardan gələcəkdə ölkədəki başqa internet medialarının qadağan edilməsi və ifadə azadlığının daha da boğulması üçün presedent kimi istifadə oluna bilər.

Robert Herman deyib ki, Azərbaycanın Qərb partnyorları ölkənin Avropa İnsan Haqları Konvensiyası da daxil, beynəlxalq öhdəliklərini pozmaq qərarına görə ondan hesabat tələb etməlidir.

Mayın 12-də Bakıda Səbail rayon məhkəməsi ölkənin təhlükəsizliyinə hədə yaratdıqları iddiası ilə AzadlıqRadisounun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, “Azərbaycan saatı” internet saytının və Turan TV video kanalının bloklanması barədə qərar qəbul edib.

Azərbaycanın Kommunikasiyalar Nazirliyi adı çəkilən saytlara girişi məhkəmə qərarından hələ çox əvvəl, martın 27-dən bağlamışdı.

Azərbaycan Dünya Azadlığı 2017 və Mətbuat Azadlığı 2017 indekslərində “Azad olmayan” ölkələr kateqoriyasına daxil edilib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button