2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

FSB Krım körpüsündəki partlayışla bağlı 9 nəfəri saxlayıb

Yayımlandı: 12 Oktyabr 2022 14:54

Saxlanılanların 5-i Rusiya, 3-ü Ukrayna, 1-i isə Ermənistan vətəndaşıdır

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krım körpüsündə baş verən partlayışla bağlı məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, Rusiyanın İstintaq Komitəsi ilə birlikdə aparılan istintaq araşdırmaları nəticəsində Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.

Məlumatda partlayışın Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun təşkil etdiyi iddia olunub.

Qeyd olunur ki, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Partlayışın hazırlanmasında ümumilikdə 12 nəfərin iştirakı müəyyən edilib.

2022-ci il oktyabrın 8-də, səhər saatlarında Krım körpüsünün dəmiryol xəttində partlayış baş verib.

Hadisə nəticəsində dörd nəfər ölüb.

Rusiya Prezidenti Vladimir Putin bunu “terror aktı” adlandırıb.

Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.

2014-cü il martın 18-də Rusiya Prezidenti Vladimir Putin keçirilmiş qondarma “Krımın statusu ilə bağlı referendum” nəticəsində Rusiyaya birləşdirilməsini elan edib.

Krımı Krasnodarla birləşdirən körpü yarımadanın ilhaqından az sonra tikilib.

Uzunluğu 19 kilometr olan körpünün tikintisinin dəyəri 228 milyard rubl olaraq qiymətləndirilir.

2018-ci ilin mayında körpüdə nəqliyyat vasitələrinin hərəkəti açılıb, 1 il sonra isə qatarlar fəaliyyətə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button