2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

FTB agenti terroristlə evli çıxdı

ABŞ Federal Təhqiqat Bürosundan (FTB) vəzifəli Daniela Greene adlı qadının gizlicə Suriyaya gedərək, DEAŞ-lı terroristlə evləndiyi ortaya çıxıb. CNN-in xəbərinə görə, FTB işçisi Daniela Greenə alman əslli olan və DEAŞ-ın yüksək səviyyəli komandirləri arasında yer alan Denis Cuspertlə bağlı araşdırma aparmaq tapşırılıb. Gizli tərcüməçi olan FTB agenti daha sonra araşdırdığı DEAŞ-lı terroristə aşiq olaraq Suriyada onunla evlənib. FTB-yə həyat yoldaşı Denis Cuspert ilə əlaqədar çox sayda yalan məlumat verdiyi də ortaya çıxan Greene sonra peşman halda ölkəsinə dönərək mühakimə olunub.

Federal məhkəmədə mühakimə olunan FTB işçisi Daniela Greene 2014-cü ildə iki il həbs cəzasına məhkum edilib. CNN-ə görə FTB işçisi DEAŞ komandirinə təşkil edilən hava hücumundan dərhal sonra sərbəst buraxılıb. Məsələ ilə bağlı iddialara münasibət bildirən FTB “təhlükəsizlik qüsurlarını təyin etmək və azaltmaq üçün lazımi addımlar atılır” deyə bildirib. Fordham Universitetinin keçən günlərdə nəşr etdiyi bir hesabata görə, DEAŞ iddialarından mühakimə olunan amerikalılar təxminən 13,5 il həbsə məhkum edilir.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button