Loading...
Loading...
SEÇMƏ

FTX Daria Duqinanın qətlində “Ukrayna izi” tapdığını açıqlayıb

Yayımlandı: 22 Avqust 2022 16:42

“Qətli həyata keçirən Natalya Vovk Ukrayna vətəndaşıdır”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) politoloq Aleksandr Duqinin qızı Daria Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb.

Bu barədə FTX avqustun 22-də yaydığı açıqlamada bildirib.

Federal Təhlükəsizlik Xidmətinin məlumatında vurğulanıb ki, qətli həyata keçirən Natalya Vovk Ukrayna vətəndaşıdır: “1979-cu il təvəllüdlü Natalya Vovk iyulun 23-də qızı ilə birgə Rusiyaya gəlib və Duqinanın yaşadığı binada mənzil kirayələyiblər”.

“Avqustun 20-də Natalya Vovk Daria Duqinanın iştirak etdiyi festivala qatılıb. Qətli törədən günün səhəri, avqustun 21-də qızı ilə Pskov vilayətindən Estoniyaya keçib”, – deyə FTX bildirib.

Məlumatda qeyd edilib ki, Natalya Vovkun Rusiyaya daxil olarkən “Donetsk Xalq Respublikası”nın E982ХН DPR qeydiyyat nömrəli avtomobili olub:

Moskvada isə Qazaxıstanın nömrələri istifadə olunub – 172AJD02. Qətldən sonra ifaçı “AH7771IP” Ukrayna nömrəsi ilə ölkəni tərk edib”.

Avqustun 20-də rusiyalı politoloq Aleksandr Duqinin qızı Daria Duqina avtomobilinin partlaması zamanı həlak olub.

Hadisənin Daria Duqinanın “Tradition” festivalından qayıdarkən baş verdiyi bildirilir.

Avqustun 21-də isə Daria Duqinanın qətlini “Milli Respublika Ordusu” öz üzərinə götürdüyü barədə açıqlama yayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Türkiyə-İsrail yaxınlaşması: milyardları kim qazanacaq?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button