2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fuad Əhmədli: 8 aydır qanunsuz olaraq həbsdəyəm

Müdafiə tərəfinin vəsatətləri təmin edilmədi

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əhmədlinin vəkili Əsabəli Musrətafayev vəsatətlə çıxış edib. O,  cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Bildirib ki, ittihamlar əsassızdır. 

Vəsatətlərə münasibət bildirən Fuad Əhmədli isə həbsinin sifarişli olduğunu deyib. Bildirib ki, 8 aydır qanunsuz olaraq həbsdədir və bu dövr ərzində heç bir tutarlı ittiham üzə çıxarılmayıb. Hakim F. Qəribov isə onun çıxışını dayandırıb. Bildirib k, ifadə verəndə bu haqda geniş danışa bilər.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. O, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. 

Hakimlər müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Məhkəmənin baxış iclası mayın 2-nə təyin edilib. 

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildiriblər ki, Fuad Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

AXCP F.Əhmədlinin həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button