2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Fuad Əhmədli ailəsi ilə görüşə bilmir

“Bütün dünyada hüququn məhdudlaşdırılması məhkəmə qaydasında olur, ancaq bizdə…”

Fuad Əhmədli ailəsi ilə görüşə bilmir. Onun telefon zəngləri də məhdudlaşdırılıb. Bu barədə Meydan TV-yə vəkili Əsabəli Mustafayev məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, Penitensiar Xidmətə və Ombudsman Aparatına rəsmi müraciətdən sonra məlum olub ki, Fuad Əhmədlinin telefon zəngi və yaxınları ilə görüş hüquqlarına istintaqın qərarı ilə qadağa qoyulub:

“Ancaq Kürdəxanı Təcridxanasında mənə bununla bağlı heç bir rəsmi qərarın olmadığını deyiblər”.

Vəkil bildirir ki, bu qərar hələ müdafiə tərəfinə təqdim edilməyib. Qərarı əldə etdikdən sonra onu məhkəmə qaydasında mübahisələndirəcəyəm:

“Bildiyim qədərilə görüşlə bağlı Faiq Əmirliyə də qadağa qoyulub. Bütün dünyada hər hansı bir hüququn məhdudlaşdırılması məhkəmə qaydasında olur. Ancaq bizdə fərqlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button