2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Fuad Əhmədlinin işində zərərçəkmiş dələduzluğa görə axtarışdadır’

AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin işində zərərçəkmiş kimi adı keçən Məhəmməd Quliyev dələduzluğa görə axtarışda imiş. F.Əhmədlinin vəkili Əsabəli Mustafayev bu haqda sənədi və Bakı Şəhər Baş Polis İdarəsinin saytından götürülmüş fotonu məhkəməyə təqdim edib.

F.Əhmədlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Mayın 11-də keçirilən məhkəmədə vəkil zərərçəkmiş M.Quliyevdən onunla bağlı hər hansı istintaq araşdırması aparılıb-aparılmadığını soruşub. O bildirib ki, özü ilə bağlı heç bir araşdırma yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

HƏBS ETMƏK ƏVƏZİNƏ, VƏSİQƏ VERİBLƏR

Ə.Mustafayev isə onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması haqda sənədi məhkəməyə təqdim edib. Eyni zamanda, zərərçəkmişin məhkəməyə yalan ifadə verdiyini bildirərək, barəsində tədbir görülməsi haqda vəsatət qaldırıb: «Zərərçəkmiş məhkəmədə düz danışmaq barədə and içib, lakin yalan danışıb. Buna görə də, onun adı zərərçəkmişlər siyahısından çıxarılmalı, əməlinə hüquqi qiymət verilməlidir. Bu adam iki ildir Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışdadır. 2015-ci ildən axtarışda olan birini həbs eləmək əvəzinə, 2016-cı ildə ona yeni şəxsiyyət vəsiqəsi verilib».

Ə.Mustafayev qeyd edib ki, M.Quliyevin adı bu gün də Bakı şəhər Baş Polis İdarəsinin saytında axtarışda olanlar siyahısındadır.

Müdafiəçi hesab edir ki, ona görə də, Quliyev polislərin təsiri ilə F.Əhmədlinin əleyhinə ifadə verib.

M.Quliyev

M.Quliyev

Vəkilin söylədiklərindən sonra M.Quliyev etiraf edib ki, haqqında cinayət işi olub, ifadəsi alınıb, işə xitam verilib, amma heç vaxt axtarışda olmayıb.

Prokuror bu məsələnin F.Əhmədlinin işinə aidiyyəti olmadığını desə də, vəkil onunla razılaşmayıb.

Hakim isə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinə sorğu veriləcək və onun axtarışda olub-olmaması araşdırılacaq.

Məhkəmədə ifadə verən digər zərərçəkmiş Samir Xəlilov isə adının zərərçəkənlər siyahısından çıxarılmasını istəyib. O bildirib ki, heç nədən ziyan çəkməyib.

«ƏLİMDƏ GİZLİ MƏLUMAT OLMAYIB»

Fuad Əhmədli özü də məhkəmədə ifadə verib. Günahsız olduğunu deyən gənc fəal siyasi sifariş əsasında həbs olunduğunu bildirib: «Bu, tam saxta və sifariş əsasında hazırlanmış cinayət işidir. Mən texniki işçi olmuşam. Əlimdə heç bir gizli məlumat olmayıb. Mən heç kimi izləməmişəm və şəxsi məlumatları kiməsə verməmişəm».

O əlavə edib ki, əmisi oğlu ondan M.Quliyevin yeri haqqında soruşanda da, içkili vəziyyətdə olduğunu görüb onu yola vermək üçün özündən ona yalan danışıb, sistemə baxmayıb: «Özünün də dediyi kimi, Quliyev həmin vaxt Qəbələnin Vəndam kəndində olub. Sistemə baxsaydım, onu görərdim. Amma baxmamışam, özümdən ona cavab yazmışam ki, ya ölkədə yoxdur, ya da mobil operatorun əhatə dairəsinə düşməyən beşinci zonadadır, sərhədyanı ərazidədir. «Azerfon»da «beşinci zona» anlayışı yoxdur, özümdən demişəm. Əgər normal istintaq aparsaydılar, bunu bilərdilər».

Məhkəmədə F.Əhmədlinin əmisi oğlu Əliağa Əhmədli də şahid qismində ifadə verib. O, bildirib ki, M.Quliyev onun kafesində aşpaz işləyib. Ərzaq almaq üçün ona pul veriblər, amma o, telefonu söndürüb, yoxa çıxıb. O da M.Quliyevi tapa bilmədiyi üçün F.Əhmədliyə zəng vuraraq, onun yerini öyrənməyi xahiş edib. F.Əhmədli ona Məhəmmədin ölkə xaricində olduğunu deyib.

Məhkəmə mayın 23-də davam edəcək.

XATIRLATMA

Fuad Əhmədli 2016-cı il avqustun 17-də saxlanılıb. İttihama görə, o, işlədiyi «Azerfon» şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqda fərdi məlumatları kənar şəxslərə ötürüb. Həmçinin iddia olunur ki, Fuadın həbsindən sonra onun yaşadığı evdə aparılan axtarış nəticəsində Fethullah Gülen-ə aid materiallar olan disklər, kitablar tapılıb.

F.Əhmədli isə bütün bunların yalan olduğunu bildirir.

Türkiyə hökuməti F.Gülen-in ötənilki iyul çevriliş cəhdi arxasında durduğunu deyir, ABŞ-dan onun ekstradisiyasını istəyir. Gülen isə ittihamları rədd edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button