2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fuad Qəhrəmanlının həbs müddəti uzadılıb

Nəsimi rayon Məhkəməsində həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Bu barədə virtualaz.org saytına vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Vəkil bildirib ki, məhkəmə vəsatəti təmin edərək F.Qəhrəmanlının həbs müddətini 2 ay uzadıb.

Qeyd edək ki, F.Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Saytların yığılması Saytlarin yigilmasi

F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button