2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Füzuli hava limanına ilk sərnişin təyyarəsi enib

Füzuli Beynəlxalq Hava Limanınına bu gün, sentyabrın 5-də sınaq uçuşu həyata keçirilib.

Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus “Airbus A340-500” tipli sərnişin təyyarəsi bu hava limanında eniş icra edib.

AZƏRTAC-ın xəbərinə görə, simvolik məna olaraq həmin təyyarə “Qarabağ” adını daşıyır.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri sayılan “Boeing 747-400” tipli hava gəmisi də bu gün, avqustun 5-də Füzuli hava limanına eniş icra edib. Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti 35 dəqiqə olub.

Xəbərdə qeyd edilir ki, Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Uçuş-enmə zolağı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə, naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri ilə tam təchiz olunub. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verməlidir. Perronun sahəsi 60 min kvadratmetr təşkil edir.

Habelə xəbərə görə, avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olmalıdır. Aeronaviqasiya sisteminə və işğaldan azad edilmiş ərazilər üzərindən uçuşlara tam nəzarəti təmin etmək üçün yeni beynəlxalq hava yolları tətbiq olunur.

Bildirilir ki, gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır.
Xəbərə görə, sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib.

Bu limanın təməli bu ilin yanvarında qoyulub. Amma layihənin maliyyə tərəfi ilə bağlı detallar açıqlanmayıb.

Artiq işğaldan azad edilən Laçın (Amma Laçın rayonunda dəhliz yaradıldığından və orada Rusiya hərbiçiləri yerləşdiyindən rayon mərkəzi Azərbaycanın faktiki nəzarətinə keçməyib ) və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ( Füzuli rayon mərkəzi və bir çox kəndləri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Fözuli Hava limanına eniş edən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi, 5 sentyabr 2021
Silk Way şirkətinə məxsus yük təyyarəsi Füzuli Beynəlxalq Hava Limanında, 5 sentyabr 2021

Silk Way şirkətinə məxsus yük təyyarəsi Füzuli Beynəlxalq Hava Limanında, 5 sentyabr 2021
Füzuli Beynəlxalq Hava Limanı, 5 sentyabr 2021

Füzuli Beynəlxalq Hava Limanı, 5 sentyabr 2021

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button