2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Füzuli: icra başçısı torpaqları kimlərə peşkəş edib? – Özəl siyahı

Füzuli rayon icra başçısı prezidentin tapşırıqlarına qəti şəkildə məhəl qoymur. Dövlət başçısı İlham Əliyev Ağstafada keçirdiyi görüşdə bəyan edib ki, icra başçılarının sahibkarlarla, fermerlərlə fəaliyyətinə uyğun onlara qiymət veriləcək. Yəni ki iş adamına, fermerə qan udduran rayon hakimi qara siyahı düşəcək və sərəncamı veriləcək.

Əhmədzadəyə çatan pullar

24saat.org-a verilən məlumatda isə bildirilir ki, Füzulinin icra hakimi Alı Alıyev torpaqları qohumları arasında pay-püş edib. Bu da camaat arasında çox ciddi narazılıq yaradıb.
A.Alıyev rayonda prezidentin tapşırığına əsasən yeni böyük fermer təsərrüfatları yaratmaq məqsədi ilə iclas çağırıb. Ancaq yekunda 100.000 hektar torpaq sahəsini öz adamlarına peşkəş edib. Bu barədə redaksiyamıza siyahı təqdim olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, indiyə qədər 3000 ha torpaq sahəsi olan İsmayıl Abbasova əlavə 4000 ha torpaq sahəsi də nəzərdə tutulub. Halbuki İ.Abbasov 2000-2500 ha taxıl biçib. Qeyri-qanuni əkilən və heç bir yerdə uçotu aparılmayan arpanı, çuğunduru hələ demirik.

Çünki əkilən və bölünən torpaq sahələrinin hamısının sənədləşdirmədə adı İsmayıl və onun oğlanlarının adına, subsidiyalar və gübrə pulları isə icra başçısına çatır.
Rayonda yaşamayan lakin lazım olanda rayona gələn Rəcəb adlı şəxsin adına isə 5000 ha torpaq sahəsi nəzərdə tutulub. Bu torpaq sahəsinə aid bütün pullar “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadəyə, yəni Alı Alıyevin himayədarına çatır.

Müavinlərə da paydan düşüb

Sakinlərin 24saat.org-a verdiyi məlumatda bildirilir ki, icra başçısının müavinləri də bu paydan kənarda qalmayıb.

Birinci müavin Bağır Aslanovun adına sənədləşdirilmiş 1500 ha torpağa dövlət tərəfindən ayrılan vəsait və götürülən məhsul elə özünə qalıb.
Başçının digər müavini Süleyman müəllimə də 1500 ha torpaq nəzərdə tutulub. Hələ ki bu torpaq sahəsi onun öz adındadır.

Daha böyük torpaq sahəsi, yəni 10000 ha ölçülən torpaqlar isə Kənd Təsərrüfatı Nazirliyinin Füzuli rayon şöbəsinin rəhbəri, əvvəllər “Aqrolizinq” ASC-nin Füzuli rayon şöbəsinin sədri olmuş Hüseyn Abbasova aiddir. H.Abbasov da Füzuli rayon icra başçısının sağ əli sayılır.

Qəribəsi odur ki, bu torpaqlar “Aqrolizinq”in yeni direktoru Fəttah Kazımovun adına sənədləşdirilib. Ancaq mənfəət H.Abbasovundur.

Sakinlər iddia edirlər ki, əlavə 1000 ha torpaq sahəsi Əmir Muxtarov üçün nəzərdə tutulub. Ona başçı tərəfindən 1500 ha torpaq hədiyyə edilmişssi. Bundan başqa, çinovniklərə, icra nümayəndələrinə, Ə.Əhmədzadənin idarəsində işləyən işçilərə da torpaqlar paylanıb.

Kəsəsi, prezidentin tapşırığı icra olunub, amma torpaqlar camaata yox, A.Alıyevin yaxın ətrafına çatıb. Sakinlər ünvanladığı müraciətdə sual edir: “İndi siz deyin cənab prezidentimiz, biz evi olmayan, qaçqın-köçkün düşmüş insanlar haranı əkib-biçək?

Su tutan yerlərin hamısı başçı və onun həndəvəri arasında belə bölünüb. Siz deyin, belə insanların torpaqlarına yaxın düşmək olarmı? O saat başçı adamı məhv etdirər. Hazırda sizin rayona gəlişinizi bəhanə edərək bütün təşkilatlardan pul toplanır”.

Bildirək ki, sakinlər prezidentin gəlişi adı ilə hansı idarələrin pul yığmağa başladıını tək-tək sadalayıb. Növbəti yazıda həmin idarələrin adlarını açıqlayacağıq. İddialarla bağlı Füzuli RİH-nin və adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button