'Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub'


Bu gün,  noyabrın 28-i,  saat 15:20-də Azərbaycanın  4 vətəndaşının  işğaldan azad edilən Füzuli rayonunda həlak olub.  

Bu barədə Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb:  

“…Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.”  

Baş Prokurorluğun məlumatına görə, dərhal prokurorluq əməkdaşları  hadisə yerinə və meyitlərə baxış keçiriblər, məhkəmə-tibb ekspertizası təyin edilib,  digər prosessual hərəkətlər yerinə yetirilib: 

“Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.” 

Rəsmi  məlumata görə, sentyabrın 27-dən- müharibə başlayandan indiyə qədər  Azərbaycanda 100-ə yaxın mülki şəxs həlak olub, 400-ə yaxın adam isə müxtəlif dərəcəli xəsarət alıb. 

Xatırlatma 

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində  ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.   

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından yayılan  atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək  üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.  

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu artıq noyabrın 20-də işğal altında olan Ağdam rayon mərkəzi və ətraf bir neçə kənddə, noyabrın 25-də isə  Kəlbəcər rayonuna  nəzarəti bərpa edib.

 Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.         

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Bazar, Yanvar 17, 2021
Cloudy
7 ° c
95%
6.21mh
-%
5 c 2 c
Be
3 c 1 c
Ça
2 c 0 c
Ç
4 c 0 c
Ca

Seçmə