Now Reading:
Gədəbəyin başçısı prezidentin açdığı “Halal qida”nı kirayə verib – Faktlar

Gədəbəyin başçısı prezidentin açdığı “Halal qida”nı kirayə verib – Faktlar

Gədəbəyin icra başçısı Ramiz Yediyarovun fəaliyyəti ilə bağlı redaksiyamıza maraqlı bir yazı və foto daxil olub.
24saat.org-a verilən məlumatda şəkilin Gədəbəydə 2016-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunan iclasdan əvvəl təşkil olunmuş sərgidən lentə alındığı qeyd olunub.

Şəkildə soldakı şəxs rayonun icra başçısı, sağdakı iri cüssəli şəxs isə Prezident Adminstrasiyasının nümayəndəsidir. Yazıda deyilir ki, icra başçısı həmin sərgidə rayonda hazırlanan məhsulları PA nümayəndəsinə təqdim edir:
“Rayona indiyədək təyin edilən rəhbərlərdən xüsusi ədası ilə fərqlənən Yediyarov fotoda özünü böyük sənaye parkına malik bir şəhərin rəhbəri kimi göstərir. Amma təqdim etdiyi məhsullara baxanda bilmirsən güləsən, ya ağlayasan.
Baxın: Gədəbəy suları 15 ildən artıqdır ki, istehsal olunur, dərman otları – çöldə yabanı şəkildə bitir, evlərdə bişən kürsü çörəyi, həyət şəraitində saxlanılan kəsilmiş, təmizlənmiş qaz-hinduşka, toyuq əti, Gədəbəy kartofu və sairə.
Yəni, artıq beş ildir rayona rəhbərlik edən bir şəxsin fəaliyyəti nəticəsində bircə adda da olsun məhsul istehsal edilməyib”.
Məktubda istehza ilə qeyd edilib ki, sərgidə göstərilməli vacib görüntülər bunlardan ibarətdir:
“İcra başçısının sərgisində obyektinin dağıdılmasından ürəyi partlayaraq vəfat edən mərhum iş adamı Əli Abdullayevdən tutmuş, biznesi məhv edilmiş onlarla sahibkarın obyektlərinin, müəmmalı şəkildə yanmış rayon bazarının, həmin sahibkarların məhkəmə qətnamələrinin, səbəbsiz işdən azad edilmiş insanların tərcümeyi-hallarının şəkilləri nümayiş etdirilməliydi .
Bu sərgidə həm də nəinki ölkəmizdə, heç dünyada tayı-bərabəri olmayan bir hadisə – yerli hakimiyyətin xalqın şəhidlərinə hörmətsizliyi: Sovet – alman müharibəsi döyüşçülərinin abidəsinin Şəhidlər Xiyabanının üst başına köçürülməsini göstərən fotolar da nümayiş etdirilməli idi.
Soruşan yoxdur ki, Ramiz Yediyarov, axı sərgidə nümayiş etdirdiyin yerli məhsulların istehsalına bir köməyin olubmu? Əksinə, toyuq hini tikəndən 2000, çörək bişirmək üçün kürsü tikəndən 1000 manat rüşvət alıblar.
İcra başçısı pay torpaqlarında yeni bazar da daxil olmaqla onlarla qanunsuz tikinti aparıb. Ötən 5 ildə talan etdiyi büdcə vəsaitləri bir yana, inşasına 4 milyon manat vəsait ayrılan və açılışı cənab prezident tərəfindən edilən “Halal Qida” müəssisəsini xaraba qoyaraq avadanlıqlarını başqa rayonlarda kirayə verib. Halbuki, həmin müəssisə onlarla adda yeyinti məhsulunun emalı və konservləşdirilməsi ilə məşğul olmalı idi. Ancaq sərgidə başçının yanında dayanmış rəsmi şəxs bu sualları ona verməyib”.
24saat.org-a verilən xəbərdə o da əlavə olunub ki, hazırda Gədəbəydə Heydər Əliyev mərkəzi və Bayraq Meydanı tikilir: “Yediyarov gələn il vəzifəsində qalsa, 2017-ci ilin yekununda bu tikintiləri özünün uğurlari kimi qeyd edəcək.
Amma deməyəcək ki, ulu öndərin adından istifadə edərək qazanc götürüb, idarə və müəssisə rəhbərlərindən tikinti adına külli miqdarda pul yığıb, həmin rəhbərlər də həmin pulları işçilərin əmək haqqından tutub”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.