Now Reading:
Gələn ay Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün yanvarın ortalarında Avropada keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Deyə bilərəm ki, yanvarın ortalarında Avropa ölkələrindən birində görüş keçirmək barədə razılığa gəlmişik. Vyanadakı görüşümüz 8 saatdan artıq davam etdi. Bu və ya digər tərəfdə narazılıq yaradan məsələlərin həlli yollarını müzakirə etdik və növbəti görüş üçün həmsədrlərin təkliflərini gözləyirik. Bizim üçün danışıqların ilk növbədə məhsuldar olması vacibdir”, – E.Məmmədyarov deyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.