Loading...
Loading...
İqtisadiyyat

Gələn il əməkhaqqı artımı 5 faiz ola bilər

Azərbaycan hökuməti yaxın dörd ildə əmək haqlarının real artımını gözləmir. Cüzi nominal artım isə son iki ildə ikirəqəməli olan istehlak qiyməti artımına uyğun olmayacaq.

Maliyyə Nazirliyinin təqdimatını keçirdiyi gələn il üçün dövlət büdcəsi layihəsinə əsasən, ölkədə orta aylıq əmək haqqı 549 manat 70 qəpik və ya 2017-ci ildəkindən 25 manat və ya 4,7% çox proqnozlaşdırılır. 2021-ci ildə hökumət orta aylıq əmək haqqının 585,50 manat olacağını gözləyir. Bu, gələn il üçün proqnozdan 6,5% çoxdur. Bu illərdə inflyasiyanın nə qədər təşkil edəcəyi açıqlanmayıb. Yalnız o qeyd edilir ki, 2018-ci ildə əmək haqlarının real artımı 0,5% olacaq.
azadliq.info

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button