2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

“Gəlib mənim “şortik” geyinməyimlə bağlı özümə deyərdi”

Xalq artistlərinin bir birinə qarşı məhkəməsi: Ramiz Məlik Məleykə Əsədovaya 1000 manat pul ödəməlidir

Xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə davam edib. Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə Məleykə Əsədova çıxış edib. O qeyd edib ki, Ramiz Məlik mətbuatda onu təhqir edib: “Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim “şortik” geyinməyimlə bağlı özümə deyərdi. Lakin o, bu haqda fikirlərini sosial şəbəkədə yayıb. Ramiz Məlik məni mətbuatda alçaldıb, təhqir edib”.

M.Əsədovanın vəkili Ceyhun Yusifov da çıxışında bildirib ki, R.Məlikdən 200 min manat təzminatın tutulmasını və mətbuatda təkzib verməsini istəyib.

R.Məlik isə çıxışında deyib ki, evdə olmayan zaman M.Əsədova zəng edib, onun ailəsini təhqir edib.

Saytların yığılması Saytlarin yigilmasi

M.Əsədova isə onun dedikləri ilə razı olmadığını, R.Məlikin yalan danışdığını qeyd edib: “Yalansa Allah sənin evini yıxsın”.

R.Məlikin vəkili Türkel Süleymanlı çıxışında söyləyib ki, müvəkkili heç bir KİV-ə müsahibə verməyib. O, qarşı tərəfin iddiasının təmin edilməməsini istəyib.

Məhkəmə kollegiyasının qərarına əsəsən, M.Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib. R.Məlik M.Əsədov barədə dedikləri ilə bağlı mətbuatda təkzib verməli və 1000 manat pul ödəməlidir.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

 

Lent.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button