Now Reading:
Gəncə çayı daşıb, evləri basıb

Gəncə çayı daşıb, evləri basıb

Günlərlə bölgədə yağan leysan yağışlar nəticəsində Gəncə çayında suyun səviyyəsinin qalxdığı bildirilir.

«Report»un xəbərinə görə, Gəncə şəhərini iki yerə bölən çayın sol sahilində yerləşən 10-a yaxın evi gecə saatlarında su basıb.

Xəbərə görə, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndini yuyub və yaşayış evlərinin həyətlərinə dolub.

Evlərin bəzilərinin qəzalı vəziyyətə düşdüyü bildirilir. Vəziyyətin gərginləşməsi ilə bağlı sakinlərin evlərini tərk etdikləri qeyd olunur. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikasının cəlb olunduğu deyilir.

Xəbərdə qeyd edilir ki, hazırda selin istiqaməti dəyişdirilib və yaşayış evlərinin həyətlərinə dolan sular xüsusi qurğularla təmizlənir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.