2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gəncə hadisələrinə görə bir nəfər də öldürüldü

Hüquq-mühafizə orqanları tərəfindən indiyədək 5 nəfər məhv edilib

3 və 10 iyul Gəncə hadisələrinin axtarışda olan fəal iştirakçılarından biri müqavimət göstərdiyinə görə Daxili İşlər Nazirliyinin xüsusi operativ qrupu tərəfindən məhv edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən informasiyaya əsasən, öldürülən Gəncə sakini Rəhimov Muraz Çapay oğludur. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərin gedişatında cinayətkarın Sumqayıtda gizləndiyi yer müəyyən edilib.

Cinayətkar polislərin təslim olmaq və silahı təhvil vermək barədə dəfələrlə etdikləri çağırışlara əhəmiyyət verməyib və qanun keşikçilərinə atəş açıb. Polis xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və cavab tədbirl ilə cinayətkar məhv edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə yerinin müayinəsi zamanı Muraz Rəhimovun yanında “Makarov” tapançası və ona aid döyüş sursatı aşkar edilib. (virtualaz.org)

24saat.org xatırladır ki, baş priokuror Zakir Qaralov iyulun 30-da keçirilən əməliyyat müşavirəsində bildirib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində indiyədək 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib, silahlı müqavimət göstərmiş 4 nəfər xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilərək məhv edilib, 13 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Natiq Həziquliyev

Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button