Now Reading:
Gəncə hadisələrində saxlanılanların ailələri görüş ala bilmirlər

Vəkillərin sorğuları cavabsız qalır

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı basqın etməkdə təqsirləndirilən Yunis Səfərovla birgə həbs olunanların ailələri onlarla görüşə bilmirlər.

Məlumatı Meydan TV-yə həbs olunanların ailə üzvləri verib.

Ailə üzvlərinin bildirdiyinə görə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Penitensiar Xidmətə dəfələrlə zəng vursalar da, həbsdə olan yaxınları barədə məlumat ala bilmirlər.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi aparsa da, vəkillərdən istintaqın məhz onlar tərəfindən aparılması gizlədilir və vəkillərə müdafiə etdiyi şəxslərlə görüşə icazə verilmir. Olayla bağlı vəkillər müvafiq orqanlara sorğular göndərsə də, onlara heç bir cavab verilmir. Ailə üzvlərinin fikrincə, bu, həmin şəxslərə hələ də işgəncə verilərək bir-birlərinin və digərlərinin əleyhinə ifadə alınmasının davam etməsinə görə edilir.

Yaxınları deyir ki, görüşə icazə verilmədiyindən onlara ərzaq, dərman və zəruri geyim əşyaları apara bilmirlər.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

İyulun 10-da isə Gəncə şəhərində aksiya keçirilib və həmin vaxt iki polis zabiti qətlə yetirlib.

Bugünə qədər hadisələrə görə 30-dan çox şəxs saxlanılıb.

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.