Now Reading:
Gəncə klubu Avroliqada növbəti mərhələyə yüksəldi

Gəncə klubu Avroliqada növbəti mərhələyə yüksəldi

Azərbaycanın “Kəpəz” futbol klubu tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib.

“Report” xəbər verir ki, Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova “Daçiya”sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə “Kəpəz”in futbolçusu Dario vurub.

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.

Növbəti mərhələdə “Kəpəz”in rəqibi Avstriyanın “Admira” klubu olacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.