2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gəncədə güclü külək hasarı insanların üzərinə aşırdıb

Gəncədə güclü külək bədbəxt hadisəyə səbəb olub. Belə ki, Gəncə şəhərində, Nizami Gəncəvi prospektində küləyin təsirindən qırmızı kərpicdən hörülən divar yoldan keçən ana və azyaşlı qızının üzərinə aşıb. Bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Güclü külək həmçinin bir neçə yaşayış və inzibati binanın dam örtüyü dağılıb, bəzi küçə və prospektlərdə 10-a yaxın ağac kökündən qopub, bəzilərinin isə budaqları sınıb.

Külək həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb və bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Saytların yığılması Saytlarin yigilmasi

Aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırması istiqamətində işlər aparılır. Hazırda şəhər və yaxın rayonların ərazisində küləkli hava şəraiti davam edir.

24 saat” “Gəncədə güclü külək hasarı insanların üzərinə aşırdıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button