2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gəncədə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib

Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan konsertdə şəhid və qazi ailələri, hökumət rəsmiləri, deputatlar, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhər sakinləri iştirak ediblər.

Tədbirin əvvəlində Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verib.

İdarə Heyətinin sədri “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet alaraq işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Konsertdə Xalq artistləri – Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər – Gülüstan Əliyeva, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər – Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış ediblər.

Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib.

Konsertdən əldə edilən vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button