2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gəncədə tükürpərdici hadisə: Ailəli kişi qardaşı qızını qaçırdı – VİDEO

Gəncə şəhərində üç uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.

24saat.org-un Xəzər TV-yə istinadən məlumatına görə, bu barədə Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova xəbər verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, əri ilə qaynı qızı bir ay əvvəl qoşulub qaçıblar. O, isə uşaqlarını da götürərək Biləsuvarda öz ata evinə qayıdıb. Qadın deyir ki, əri ilə qaynı qızının münasibətindən evləndikdən bir müddət sonra şübhələnib, lakin hər dəfə bu mövzu açılanda həyat yoldaşı onu müxtəlif vasitələrlə təhdid edib.

Həmidə Səfərova bildirib ki, ərinə qoşulub qaçan qaynı qızı evli olub, iki uşaq anasıdır. Əmisi ilə evlənmək üçün iki uşağını da yoldaşının üstünə atıb.

Qadının sözlərinə görə, əri ilə qızın üstündə tez -tez davaları düşüb. Sonda kişi boşanmaq üçün məhkəməyə müraciət edib. Amma uşaqları azyaşlı olduğundan hakim boşanmanı bir müddət təxirə salıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button