Gəncənin yeni icra başçısına ittiham - "Dədəsi dirilib gəlsə, rüşvət almamış..." - 24 saat xəbərlər
Now Reading:
Gəncənin yeni icra başçısına ittiham – “Dədəsi dirilib gəlsə, rüşvət almamış…”
Full Article 50 second read

24saat.org saytı xəbər verir ki, Gəncə şəhərinə yeni təyin olunan icra başçısı Niyazi Bayramov haqda  keçmiş iş yoldaşıHüseyn məlikov olduqca ciddi ittiham irəli sürüb.

H. Məlikov “facebook” profilindən paylaşdığı məlumatda bunları qeyd edib:

Gəncənin yeni icra başçısı Niyazi Müzəffər oğlu Bayramov 1992-ci il AXC hakimiyyətə gələn zaman bir həftə Səbail rayon İcra hakimiyyətinin başçısı rəhmətlik Həsən Kərimovun mənzil məsələləri üzrə müavini olub. Mən Qarabağdan qayıdan günü Həsən Kərimovun sərəncamı ilə işdən azad olunub və mən onun yerinə təyin olunmuşam.

O zaman Niyazi Bayramovla bir neçə dəfə çay stolunda söhbətləşmişik. Münasibətlərimiz yaxşı olub. Xaraktercə Elmardan fərqli olaraq sakit adamdır.

Əslən İsmayıllı rayonundandır.

Səbail rayonunda bir vətəndaş deyə bilməz ki, Niyazi Bayramov rüşvət almamış qanuni işimi həll edib .

Qəbirdən dədəsi xortlayıb gəlsə belə, Niyazi öz dədəsindən pul almamış onun işini həll etməz. 
Gəncə camaatı, əliniz cibinizdə olsun.

Hüseyn Məlikov (Huseyn Melik)

 

Input your search keywords and press Enter.