Loading...
Loading...
24 saat

Gənc fəallar cəzaçəkmə müəssisəsində aclıq aksiyasına başlayır

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış üç şəxs – Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman aclıq aksiyasına başlamaq niyyətindədirlər.

Bu barədə vəkil Əsabəli Mustafayev bu gün – oktyabrın 11-də Bayram Məmmədova baş çəkdikdən sonra bildirib.

Etirazın səbəbi 13 saylı cəzaçəkmə müəssisəsində Məmmədova qarşı münasibətdir.

Vəkilin sözlərinə görə(“Turan”), oktyabrın 9-da rəsmi orqanların nümayəndələri cəzaçəkmə müəssisəsinə baş çəkiblər və Məmmədovla söhbət ediblər. “Bu şəxslər özlərini təqdim etməyiblər və məhz hansı idarələri təmsil etdikləri aydın deyil, amma növbəti gün Məmmədov karserə salınıb.

Karser soyuq və nəmlidir. Onun geyimi nazikdir. İsti geyim verməyə icazə vermirlər. Bu gündən üçü də Məmmədova təzyiqlərə son qoyulması və Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüş tələbi ilə aclığa başlayırlar”, deyə Mustafayev bildirib.

Vəkil Məmmədova baş çəkən şəxslərin nə haqda danışdıqlarını açıqlamayıb. Amma onların Məmmədovun əməllərindən narazı qaldığını ehtimal etmək olar. Onun əməliyyat şöbəsinin əməkdaşı ilə kobud davranışda ittiham olunması bunun dolayı təsdiqidir.

Vəkil ombudsman aparatına müraciət edib. Oradan yaxın günlərdə cəzaçəkmə müəssisəsinə baş çəkməyi vəd ediblər. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* 10 may 2016-cı il tarixində NİDA fəalları Qiyas İbrahimovBayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra həbs ediliblər. Amma onları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətdə ittiham ediblər və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.

Elgiz Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 16 yanvar 2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button