Loading...
Loading...
Xəbərlər

Gəncin özünü asdığı deyilir

Gecə saatlarında Salyan şəhərində intihar hadisəsinin baş verdiyi bildirilir.

«Report»un xəbərinə görə, hadisə Cəfər Cabbarlı küçəsində olub.

24 yaşlı Ceyhun Bağırovu yaşadığı evin həyətində asılmış vəziyyətdə görüblər. Yaxınları onu Salyan Mərkəzi Xəstəxanasına çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi, hələlik, açıqlanmır. Hazırda faktla bağlı araşdırma aparılır.

Son vaxtlar ölkədə intiharların artdığı bildirilir.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?
Back to top button