2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Gələn il Azərbaycanda əmək haqları artırılacaq

Gələn il Azərbaycanda əmək haqları artırılacaq.

Bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair ötən gün yaydığı açıqlamada bildirilir.

Maaşların əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı-ekspert Xalid Kərimli hökumətin əmək haqqı artımlarına getməsini zəruri sayır: “Xatırlayırsınızsa son bir neçə ildə, xüsusən də 2019-cu ildən sonra bu artımlar, yəni illik təxminən 10%-lik artımlar müşahidə olunmurdu. Hesab edirəm ki, 2020-2021-ci illərdə pandemiya, müharibə və onların təsirindən yaranan iqtisadi şərait buna imkan vermədi. Son illərin inflyasiya şərtlərinə baxsaq görərik ki, həm ərzaq, həm də qeyri-ərzaq qiymətlərində ciddi yüksəlmə var. Əgər 2019-cu ildə bu 2-3% arasında idisə, 2020-2021-ci illərdə bu, 4%-in üzərində olub. Xüsusən də 2020-ci ildən başlayaraq həm qlobal miqyasda, həm də ölkə bazarında ərzaq qiymətlərinin artımı var ki, bu da əhalinin büdcəsində, böyük ehtimalla dövlət sektorunda işləyənlərin büdcəsində əhəmiyyətli yer tutur, onların sosial vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Bu baxımdan əmək haqlarının artırılması həm həmin təbəqələrin sosial vəziyyətini yaxşılaşdıracaq, həm də ümumi iqtisadi aktivliyi artıracaq. Çünki əmək haqqı xərclərinin, xüsusən də dövlət sektorunda çalışanların əmək haqlarının artırılması daxili bazarda tələbi stimullaşdırır, sahibkarların məhsullarını rahat satmasına imkan verir. Bu, iqtisadiyyat üçün zəruridir. Lakin maaşlar əmək məhsuldarlığına uyğun artırılır. Bu da ona görə nəzərə alınır ki, xərclər gələcəkdə ciddi inflyasiya mənbəyinə çevrilməsin”.

Ekspert hesab edir ki, növbəti illərdə Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondundan (ARDNF) transfertlərin payı üstün olacağı üçün, maaş artımları da əsasən neft gəlirləri hesabına baş tutacaq və büdcə üçün əlavə yükə çevrilməyəcək: “Növbəti və ondan sonrakı illər üçün büdcə proqnozlarına baxanda görürük ki, gəlirlərin əhəmiyyətli hissəsi neft sektorunun payına düşəcək. Məsələn, 2022-ci ildə neftin xüsusi çəkisi 52,4% olacaq. Onun da 87,5%-i birbaşa ARDNF-dən transferlər hesabınadır. Təbii ki, qeyri-neft sektorundan toplanan vergilər də mütənasib olaraq artır. Amma yaxın illərdə əsas rolu neft sektoru oynayacaq”.

report

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button