2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Gəlin, bütün məmurların adını oğru, talançı qoymayaq” – Deputat

Son zamanlar Azərbaycanda ciddi kadr islahatları aparılır. Çox sayda məmurların vəzifədən azad edildiyinin şahidi oluruq. Cəmiyyətdə isə əvvəldən belə bir fikir var: “Məmurlar vəzifədə olduqları zaman mal-dövlət, vəsait toplayıb, azad olunduqdan sonra onu bir kənarda “xımır-xımır” yeyirlər. Məmurlar vəzifədən çıxarıldıqdan sonra var-dövlətləri əllərindən alınmalıdır” kimi tələblər səslənir.

Deputat Rüfət Quliyev mövzu ilə bağlı 24saat.org-a danışarkən, kadr islahatlarının illərdir davam etdiyini bildirib: “Kadr islahatları neçə illərdir davam edir. Bunun obyektiv səbəbi isə kadr islahatı siyasətində gəncləşmə prosesinin aparılmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Digər məsələ isə işdən azad olunan məmurlardır. İşdən azad olunan məmurların hər biri oğru hesab olunmur. Yaşına görə və ya öz ərizəsi ilə çıxarılanlar da var.

Cənab prezidentin tapşırığı ilə məmurların fəaliyyəti təftiş olunur, əgər onların fəaliyyətində kriminal hadisələr, kriminal sxem varsa, ciddi tədbirlər görülür.

Gəlin biz bütün məmurların adını oğru, talançı qoymayaq. Bu insanların bir çoxu çalışıb, işləyib və nə isə problemlər həll ediblər. Ancaq görürsünüz ki, içlərində həbs olunanlar, işdən azad olunanlar da var. Ona görə cəmiyyətdə bir şey qəbul olunur ki, vəzifəyə gənc kadrlar gəlməlidir.

Lakin burada qəribə proses gedir. Möhtərəm prezidentində qeyd etdiyi kimi, yeni gələn kadrlara, keçmiş kadrlardan yaxşı baxmırlar. Keçmiş kadrların kifayət qədər bilgisi var və gənclər ondan istifadə etməlidir”.

Rüfət Quliyev keçmiş kadrların korrupsiya sxemləri qurduğunu qeyd edib:

“Təbiidir ki, keçmiş məmurlar korrupsiya sxemləri qurub, insanları, sahibkarları incidib, nəyəsə əl atıblar, büdcədən pul oğurlayıblar onlar barədə ciddi qərarlar verilib. 

Azərbaycanda kadr islahatı iqtisadiyyatda, siyasətdə hər yerdə aparılır. Bu səbəbdən biz bir mənalı şəkildə qəbul edirik ki, bu proses inkişaf etməlidir, hamı dəstək olmalıdır. 

Kimin günahı varsa cəmiyyətin,dövlətin və cənab prezidentin qarşısında cavab verməlidir. Bir daha qeyd edirəm ki, məmurların çoxu işlək və təcrübəli insanlardır. Onların böyük tarixi və əməyi var, bu da nəzərə alınmalıdır. 

Düşünürəm ki, keçmiş məmurlar işdən azad olunandan sonra müəyyən formada onların biliyi, savadı və iş qabiliyyətindən istifadə edilməlidir. Bu mənim şəxsi fikrimdir”.

Deputat bütün dünyada kadr islahatlarının aparıldığını vurğulayıb: “Bütün ölklərdə bu və ya digər formada kadr islahatları gedir. Lakin cəmiyyət bu islahatlara aqresiv formada yanaşmır.

Bir məsələni də qeyd etmək isdəyirəm ki, bəzi məmurları mən özüm təndiq etmişəm. Bir məmurdan bütün əhalinin razı qalması mümkün deyil. Dünyada 200-dən atıq ölkə var. Hələ heç bir ölkədə bütün əhali hansısa bir məmurdan və ya başçıdan razı qalmayıb. Ümumiyyətlə dünyanın problemləri və ziddiyyətləri çoxdur. Lakin bizim əsas işimiz ondan ibarətdir ki, bütövlüklə problemlər həll olunsun. Bu problemlər həll olunduqdan sonra başqa problemlər yaranacaq onlarıda həll etmək lazımdır”.

Mehri Qurban

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button