2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gəlinini doğrayan qayınata: “Üz dərisini soydum ki, tanınmasın…”

75 yaşlı İdris Məhərrəmova hökm oxunub

32 yaşlı gəlinini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan qayınataya hökm oxunub. 

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin çıxardığı hökmə əsasən, 75 yaşlı İdris Məhərrəmov 18 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İdris Məhərrəmov ifadəsində deyib ki, gəlini Banu Məhərrəmovanın başqa kişilərlə münasibətinə görə dəfələrlə ona xəbərdarlıq edib, aralarında mübahisələr olub.

Sonuncu mübahisədən sonra onu öldürməyə qərar verib.

İdris Məhərrəmovun sözlərinə görə, qətli evdə kimsə olmadığı vaxtda həyata keçirməyi planlaşdırıb. 

Həyat yoldaşı evdə olmayanda, nəvələrinin isə başı oynamağa qarışanda gəlininin başına çəkiclə vurub. 

Banu Məhərrəmova yıxılanda onu sürüyə-sürüyə zirzəmiyə gətirib. Orada da onu bıçaqla öldürüb. 

Bundan sonra meyiti doğrayıb, üz və qarın nahiyəsində dərisini soyub ki, hissələr tapılanda tanınmasın. Ardınca meyiti yığdığı torbaları Binəqədi qəsəbəsindən gətirib, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindəki zibil qutularına atıb.

İdris Məhərrəmov iddia edir ki, gəlininin hərəkətlərinə görə oğlu evdən getmişdi, qızları o evə gəlmirdi: “Mən ona demişdim ki, sən hansı evdə bu cür hərəkətlər eləsən, səni boğub öldürərlər. Mənə demişdi ki, onu eləmək üçün “dux” lazımdı…”

Meyit zibil qutularında tapılandan sonra ətrafdakı videokameralar vasitəsilə onu İdris Məhərrəmovun ora atdığı müəyyənləşdirilib.Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button