2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gəlinlik donunun kirayəsi mənzil kirayəsindən bahadır

Azərbaycanda mənzillərin kirayə haqqı bu ilin mart ayında 1,2% bahalaşıb. Qiymətlərdə artım yanvar ayında 3,5%, fevral ayında 0,1% təşkil edib.
“Marja” rəsmi statistikaya istinadən xəbər verir ki, martda məzillərin orta aylıq kirayə haqqı 1 xidmət üzrə 92,36 manat təşkil edib. Bu göstərici yanvarda 90,37 manat, fevralda 90,97 manat olub.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, gəlinlik donunun kirayəsi mənzil kirayəsindən bahadır. Belə ki, mart ayında gəlinlik donunun kirayəsi üzrə orta aylıq qiymət 102,41 manat təşkil edib. Bildirək ki, hər iki xidmət istehlak səbətinə daxildir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button