2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gəncə hadisələri ilə bağlı cinayət işi məhkəməyə göndərildi

İbtidai istintaq yekunlaşsa da, prosesin nə vaxt başlayacağı bəlli deyil

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 6 nəfərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 24saat.org xəbər verir ki, məlumatı “Report” yayıb. inayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsitlənidirlənlər Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin bir neçə maddə ilə ittiham edilirlər.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işində 17 zərərçəkmiş var.

Gəncə hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 11 nəfər haqqında axtarış elan edilib. Bu barədə sentyabrın 28-də Baş prokuror Zakir Qaralov jurnalistlərə bildirib.

Bir qrup şəxsin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun və digər hakimlər Dadaş İmanovla Məhəmməd Bağırovun icraatlarına verilib.

2018-ci ilin iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Fakt üzrə Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hadisələrdən sonra 6 şəxsin öldürüldüyü bildirilir. Onların hüquq- mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayaraq silahlı müqavimət göstərditi bildirilib.

İyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova odlu silahdan atəş açılıb. Hadisə Gəbcə İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib. Hər iki yaralı xəstəxanaca yerləşdirilib.  Cinayəti törətməkdə ittiham edilən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov həbd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button