2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Gəncə məhbusları’nın anaları oğullarına azadlıq istəyir

Bu gün, mayın 24-ü, səhər saatlarında Bakıda “Gəncə məhbusları”nın anaları Prezident Administrasiyası önünə toplaşmaq istəyiblər. Onlar həbsdə olan övladlarına azadlıq tələb ediblər.

Şikayətçilərdən özünü Elmira Əliyeva kimi təqdim edən deyib ki, oğluna 15 il cəza verilib. O vurğulayıb ki, oğlu işgəncələrə məruz qalıb və günahsızdır.

Saytların yığılması Saytlarin yigilmasi

Zemfira Hüseynzadə olduğunu deyən bir başqa şikayətçi isə oğlunun 18 il cəza aldığını bildirib. O da oğlunun işgəncələrlə üzləşdiyini və günahsız olduğunu iddia edib.

Anaların sözlərinə görə, mayın 25-də Ali Məhkəmədə oğullarının işlərinə baxılacaq, onların azadlığa buraxılmasını istəyirlər. Onlar habelə deyiblər ki, məqsədləri rəsmilərlə görüşüb, şikayətlərini çatdırmaqdır.

Amma onlar istəklərinə nail ola bilməyiblər. Polis onların Prezident Administrasiyası önünə toplaşmalarına imkan verməyib. Şikayətçilər avtobusa mindirilərək aparılıb. Polislər deyiblər ki, şikayətçilər saxlanmırlar, sadəcə ərazidən kənarlaşdırılırlar.

Anaların şikayətinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl gerçəkləşən qəbullar zamanı “Gəncə məhbusları”nın yaxınları onlara şikayətlərinin araşdırılacağı barədə vədlər verildiyini açıqlayıblar. Üstəlik, hüquq-mühafizə orqanları “Gəncə məhbusları”na işgəncə verilməsi ilə bağlı iddiaları qəbul etməyiblər.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsddə suçlanan Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Səfərov isə sabiq icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib.

Bu il martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Y.Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib.

Digər təqsirləndirilən şəxslərə 20 ildən 18 ilə kimi azadlıqdan məhrumetmə cəzası istənilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra – iyulun 10-da isə Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin qruplar şəkilində ayrı-ayrı vaxtlarda məhkəmələri olub. Əksəriyyəti kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılıb, azadlığa buraxılanlar olub.

24 saat” “’Gəncə məhbusları’nın anaları oğullarına azadlıq istəyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button